Əməkdar artist Tahir İmanov millət vəkili Fəzail Ağamalı ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, aktyor millət vəkilinin “Gilas ala bilmirəm” açıqlamasını məsxərəyə qoyub.
MÖVZU İLƏ BAĞLI:
"Mən gilas ala bilmirəm, 8-10 manatdır" - Deputatdan qiymət artımına etiraz
T. İmanov sosial şəbəkə hesabında video çəkərək, “8 manata gilas olar? Mənə 8 manata gilas lazım deyil. Məni müflis etmək istəyirlər” ifadələrini səsləndirib.
Daha sonra isə videoda “Bentley”? 250 minə? Yaxşı, al”- deyə, Əməkdar artist bildirib.
T.İmanov sosial şəbəkə hesabında yayımladığı videonun şərh hissəsində “Mövzunu tutan oldu?” sözlərini yazıb.
Xatırladaq ki, millət vəkili Fəzail Ağamalı deputatların maaşlarının artırılması ilə bağlı fikirlərini bölüşərkən yeni çıxan meyvələri ala bilmədiyini qeyd edərək, meyvə qiymətlərinin bahalığından şikayətlənmişdi.
Rəşad Əliyev, Bizim.Media