İtkin düşmüş hindistanlı turistin axtarışlarına itlər cəlb edildi – VİDEO

İtkin düşmüş hindistanlı turistin axtarışlarına itlər cəlb edildi – VİDEO

Hazırda oxunan: İtkin düşmüş hindistanlı turistin axtarışlarına itlər cəlb edildi – VİDEO

80838

Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatala rayonunda itkin düşmüş Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin axtarışlarına xüsusi təlim keçmiş itləri cəlb edib. 

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib. 

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə bir neçə istiqamətdə axtarış-xilasetmə tədbirləri FHN-in Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal-qərb Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri və yerli əhali tərəfindən həyata keçirilir. 

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO