“Azərsu”nun işçisi kimi vətəndaşları aldadan dələduz SAXLANILDI

“Azərsu”nun işçisi kimi vətəndaşları aldadan dələduz SAXLANILDI

Hazırda oxunan: “Azərsu”nun işçisi kimi vətəndaşları aldadan dələduz SAXLANILDI

80830

Abşeron rayonu Xırdalan şəhərində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin və digər kommunal xidmət idarələrinin əməkdaşı kimi təqdim edərək vətəndaşları dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, daxil olan şikayətlər əsasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı qeyd edilən qanunsuz hərəkətlərə yol verən Rəfail Əsgərov tutulub.  

Araşdırma zamanı onun Xırdalan şəhərində bir neçə şəxsi bu yolla aldadaraq onlardan müxtəlif məbləğlərdə pul aldığı məlum olub.  

Faktlarla bağlı Rəfail Əsgərov barəsində toplanan materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə iki ay müddətinə inizbati qaydada həbs edilib. 
Qeyd edək ki, Rəfail Əsgərov bundan əvvəl də Gəncə şəhəri və paytaxtın Nizami rayonunda eyni əməllər etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq inzibati qaydada həbs edilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO