Ağdərə-Suqovuşan qəhrəmanının xatirəsi anıldı – FOTO  

Ağdərə-Suqovuşan qəhrəmanının xatirəsi anıldı – FOTO  

Hazırda oxunan: Ağdərə-Suqovuşan qəhrəmanının xatirəsi anıldı – FOTO  

80771

Mingəçevir Şəhidlər Xiyabanında şəhid döyüşçü - Atiq İbrahimovun doğum günü qeyd olunub. 

Bizim.Media-nın məlumatına görə, bu gün Ağdərə-Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan döyüşçü Atiq Ariz oğlu İbrahimovun 32 yaşı tamam olur. 

Doğum günü münasibətilə şəhidin anası Gülüş İbrahimovanın həkim kimi çalışdığı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinin kollektivi əklil və gül-çiçəklə şəhid döyüşçünün xiyabandakı məzarını ziyarət ediblər. 

Anım və ad günü mərasiminə A.İbrahimovun adını daşıyan Kinqboksinq idman klubunun bir qrup yetirməsi əyinlərində A.İbrahimovun şəkli olan köynəklərlə qatılıb. Anım tədbirində şəhid döyüşçünün həyat və döyüş yolu barədə ən xoş xatirələr səslənib. 
Qeyd edək ki, şəhid vaxtilə o klubun tərkibində idmanla məşğul olub.  

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran Bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO