Xaçınçayda sel DAŞQINI  

Xaçınçayda sel DAŞQINI  

Hazırda oxunan: Xaçınçayda sel DAŞQINI  

80751

Son günlər havanın yağıntılı keçməsi Xaçınçayda yenidən sel daşqınlarına səbəb olub. 

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, işğal səbəbi ilə illərdir susuz qalan çay artıq ikinci dəfədir sel suları ilə öz yatağını doldurur.  

Xaçınçay Ağdərə, Ağdam və Bərdə rayonlarından axır. 

Qeyd edək ki, sözügedən çay mənbəyini Kəlbəcər dağlarından götürür və Kürə tökülür. Ərazilərin işğalda olduğu müddətdə çayın qarşısı bir neçə yerdə kommersiya və təsərrüfat suyunun əldə edilməsi məqsədi ilə kəsilib.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO