Astarada qayalıq ərazidə yanğın başlayıb

Astarada qayalıq ərazidə yanğın başlayıb

Hazırda oxunan: Astarada qayalıq ərazidə yanğın başlayıb

8070

Ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara rayonunun Alaşa kəndi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Bizim.Media-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, 15 ha sahədə quru ot və kol-kos yanır.

Yanğının çətin keçilən mürəkkəb relyefli qayalıq ərazidə olması yanğınsöndürmə işlərini çətinləşdirir.

Yanğınsöndürmə işlərinin sürətləndirilməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən əlavə qüvvələr cəlb olunub.

Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yanğının söndürülməsində iştirak edir.

Əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO