Cəlilabadda ağır yol qəzası: 3 avtomobil toqquşdu, 20 yaralı var - YENİLƏNİB -FOTO/VİDEO

Cəlilabadda ağır yol qəzası: 3 avtomobil toqquşdu, 20 yaralı var - YENİLƏNİB -FOTO/VİDEO

Hazırda oxunan: Cəlilabadda ağır yol qəzası: 3 avtomobil toqquşdu, 20 yaralı var - YENİLƏNİB -FOTO/VİDEO

80697

Ələt-Astara yolundakı qəzada yaralananların bəzilərinin şəxsiyyəti məlum olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Cəlilabad rayon mərkəzi xəstəxanasına yerləşdirilənlər:

- 1964-cü il təvəllüdlü İbadullayeva Zabitə Kərimulla qızı, Masallı rayonunun Qarğalıq kənd sakini. 

- 1972-ci il təvəllüdlü Qəmbərov Yadigar Heybət oğlu, Masallı rayonunun Qarğalıq kənd sakini. 

- 1978-ci il təvəllüdlü Cəfərova İlhamə Şücayət qızı, Masallı rayonunun Qarğalıq kənd sakini. 

- 1961-ci il təvəllüdlü Vəliyeva Həlimə İbadulla qızı, Masallı rayonunun Qarğalıq kənd sakini. 

- 1990-cu il təvəllüdlü Orucova Tutu Məcnun qızı, Masallı rayonunun Qarğalıq kənd sakini. 

- 1987-ci il təvəllüdlü Əliyev Tofiq İdris oğlu, Masallı rayonu Əhmədli kəndi. 

Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

***19.04

Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, fəhlələri daşıyan mikroavtobus, "Mercedes" və "Hundai" markalı minik avtomobilləri toqquşub. 

Qəza zamanı "Hundai" markalı minik avtomobil yolun kənarına aşıb.

Hadisə nəticəsində 17 nəfər yaralı olduğu deyilir. Yaralılardan 16-sı Masallı, 4-ü isə Cəlilabad rayon mərkəzi xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media - Cənub Bürosu
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO