Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir. Yanğınların söndürülməsində iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşür.
Bizim.Media xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında FHN-in Aviasiya xidmətinin rəisi, general-mayor Əşrəf Qasımov deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezidentdən tapşırıq: Amfibiya təyyarəsi Türkiyəyə göndərildi - VİDEO
“Təyyarə bu gündən etibarən Türkiyədə baş verən yanğınların söndürülməsində iştirak edəcək:
“Bildiyiniz kimi, ötən il də qardaş Türkiyədə baş verən yanğınların söndürülməsinə iştirak etmişik. Amfibiya yanğınların söndürülməsinə effektiv təyyarədir. Suyun üzərində durmadan 18-20 dəqiqə 12 tona yaxın su götürmə həcminə malikdir, eyni zamanda, suyu götürərək yanğın bölgəsinə yola düşür”. (apa.az)
Bizim.Media