Şəmkirdə toy karvanında və “Son zəng” tədbirində avtoxuliqanlıq edən sürücülər saxlanılıb.
Şəmkir rayon polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, rayon sakini Arzuman Nağdəliyev “Vaz” markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək təhlükəli manevrlər etməklə qəza törətmiş və avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşıb.
MÖVZU İLƏ BAĞLI:
Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanıldı
Sosial şəbəkələrdə “Son zəng” tədbirində “Vaz” markalı avtomobil ilə avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə sürücü də polis əməkdaşalrı tərəfindən saxlanılıb.
Hər iki sürücü barəsində protokol tərtib edilərək aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Hazırda sonuncu görüntülərdəki digər avtomobil sahiblərinin kimliklərinin müəyyən edilməsi istiqamətin araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu