Paytaxtda evləri qarət edən şəxs TUTULDU 

Paytaxtda evləri qarət edən şəxs TUTULDU 

Hazırda oxunan: Paytaxtda evləri qarət edən şəxs TUTULDU 

80602

Nərimanov rayonu və paytaxtın digər ərazilərində evlərdən çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb Paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, zərərçəkən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edərək evdən 6500 manat pulun oğurlandığını bildirib.

Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha bir neçə sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb. Onlar da evlərindən qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər.
Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətləri etdiyi üçün dəfələrlə məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb.

Onun oğurluq etrdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.  

Qeyd edək ki, Elman Hüseynzadə ifadəsində Nərimanov rayonu ilə yanaşı paytaxtın digər ərazilərində də mənzillərdən oğurluqlar etdiyini bildirib. Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO