Azərbaycanlı gənclər erməni həmyaşıdları ilə görüşdən DANIŞDI -

Azərbaycanlı gənclər erməni həmyaşıdları ilə görüşdən DANIŞDI - "Gərginlik olmadı"

Hazırda oxunan: Azərbaycanlı gənclər erməni həmyaşıdları ilə görüşdən DANIŞDI - "Gərginlik olmadı"

80465

Fransada Azərbaycan və Ermənistan gəncləri arasında baş tutan görüşün Bakıda müzakirəsi aparılıb. 

Bizim.Media xəbər verir ki, müzakirəyə Fransa səfiri Zakari Qross, Almaniya səfirliyinin rəis müavini Hayko Şartz, həmçinin sözügedən görüşdə iştirak edən azərbaycanlı gənclər qatılıblar. 

Görüşün ümumi nəticələrindən danışan Almaniya səfirinin rəis müavini bu cür görüşlərin Azərbaycan və Ermənistan arasındakı münasibətlər üçün yaxşı başlanğıc olduğunu qeyd edib. 

Apa.az-ın məlumatına görə, Fransa səfiri isə bu cür görüşlərin iki ölkə arasında sülh prosesinə təkan verəcəyini və təkcə bu vasitəçilikdə Fransa və Almaniyanın deyil, həm də digər dövlətlərin də iştirakının vacibliyini diqqətə çatdırıb. 

Müzakirədə iştirak edən azərbaycanlı gənclər isə görüşdə onlara Fransa ilə Almaniya arasında münasibətlərin qurulması modelinin göstərildiyini və görüşün bütövlükdə gərgin keçmədiyini vurğulayıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO