Füzulidə Britaniya şirkətinin əməkdaşını ilan sancdı

Füzulidə Britaniya şirkətinin əməkdaşını ilan sancdı

Hazırda oxunan: Füzulidə Britaniya şirkətinin əməkdaşını ilan sancdı

80452

İyunun 22-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıq edən RPS Energy Ltd. şirkətinin nümayəndəsini Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən ilan sancıb.

ANAMA-dan Bizim.Media-ya verilnə məlumata görə, nəticədə, nümayəndəyə ANAMA-nın tibbi yardım heyəti tərəfindən ilkin yardımla yanaşı, ilan sancması zamanı zəruri olan bütün müvafiq səylər göstərilib.

Həkimlərin peşəkarlığı sayəsində zərərçəkmişin vəziyyəti operativ şəkildə təhlil olunub və ilk yardım dəstində mövcud olan ilan əleyhinə zərdab vurulub.

Zəruri müayinələrdən keçirilməsi üçün nümayəndə xəstəxanaya göndərilib. Vəziyyəti qənaətbəxşdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO