Orqan transplantasiyası qanunvericiliyini pozanlar 10 min manat cərimələnəcək  

Orqan transplantasiyası qanunvericiliyini pozanlar 10 min manat cərimələnəcək  

Hazırda oxunan: Orqan transplantasiyası qanunvericiliyini pozanlar 10 min manat cərimələnəcək  

80441

Azərbaycanda insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşir.  

Bizim.Media xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.  

Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və ya digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanılması, daşınması, idxalı və ixracına görə vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər 7000 manatdan 10000 manatadək cərimə ediləcək.  

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO