Yetkinlik yaşına çatmayan sevgilisilə cinsi əlaqədə olan gəncin HÖKMÜ LƏĞV EDİLDİ  

Yetkinlik yaşına çatmayan sevgilisilə cinsi əlaqədə olan gəncin HÖKMÜ LƏĞV EDİLDİ  

Hazırda oxunan: Yetkinlik yaşına çatmayan sevgilisilə cinsi əlaqədə olan gəncin HÖKMÜ LƏĞV EDİLDİ  

80387

Abşeron rayonunda yetkinlik yaşına çatmayan sevgilisi ilə cinsi əlaqədə olan 2003-cü il təvəllüdlü Fəridin (ad şərtidir – red.) barəsində olan hökm ləğv olunub.  

Bizim.Media xəbər verir ki, bu barədə qərar Sumqayıt Apellyasiya Məhkəməsində verilib.  

Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.  

Apellyasiya şikayəti araşdırılan zaman Abşeron rayon Məhkəməsi tərəfindən Cinayət Prosessual Məcəlləsinin tələblərinin kobud pozulmasına yol verildiyi müəyyən edilib. 
Bu səbəbdən sözügedən məhkəmənin 18 aprel 2022-ci il tarixli hökmü ləğv edilib və cinayət işinə yenidən birinci instansiya məhkəməsində baxılması müəyyən edilib. İttihama görə, Fərid 2020-ci ilin avqustun 1-dən Aynurənin (ad şərtidir – red.) yaşadığı evə gedib. Onların evində mütəmadi olaraq qızla cinsi əlaqədə olub. 

Fəridlə Aynurə qonşu olublar. Onların arasında sevgi münasibətləri yaranıb. Fərid Aynurənin anası gecə növbəsində işdə olduğu zamanlar onlara gedib. Aynurə ilə cinsi əlaqədə olub. Bu hal bir neçə dəfə təkrarlanıb. İstintaq sənədlərinə görə, hər dəfə Fəridi evə Aynurə özü çağırıb.  

2021-ci ilin mayında Aynurə hamilə olub. Anası isə onun hamilə olmasından 2021-ci ilin avqustunda xəbər tutub. Aynurə həmin ilin oktyabrın 18-də doğuş keçirib və oğlan uşağı dünyaya gətirib.  

Bundan sonra xəstəxanadan yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.  

Bu məlumatdan sonra araşdırma aparılıb. Fəridin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. Abşeron rayon Məhkəməsinin hökmü ilə Fərid 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv olunub və barəsində həbs qətimkan tədbiri seçilib. 

Fərid məhkəmə zalında həbs olunub. Onun cəzasının əvvəlinin 2022-ci il aprelin 18-dən hesablanması qərara alınıb. 

Bu qərardan narazı qalan müdafiəçi apellyasiya şikayəti verib. Məhkəmə birinci instansiya məhkəməsinin hökmünü ləğv edib, işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.  
Həmçinin, Fəridin barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz olunub. O, həbsdən azad edilib. Yaxın günlərdə Abşeron rayon Məhkəməsində bu cinayət işi üzrə yenidən araşdırma başlayacaq.  

Eldar Məmmədli. Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO