Qatarın piyadanı öldürməsi ilə bağlı PROKURORLUQDAN açıqlama

Qatarın piyadanı öldürməsi ilə bağlı PROKURORLUQDAN açıqlama

Hazırda oxunan: Qatarın piyadanı öldürməsi ilə bağlı PROKURORLUQDAN açıqlama

80377

Ucar Rayon Prokurorluğu qatarın piyadanı vuraraq öldürməsi ilə bağlı açıqlama yayıb.

Prokurorluqdan Bizim.Media-ya daxil olan açıqlamada deyilir:

"İyunun 21-i saat 12 radələrində Göyçay rayon sakini, 1977-ci il təvəllüdlü Akif İbrahimovun qatarın vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Bakı-Tbilisi dəmiryol xəttinin Ucar rayonu ərazisindən keçən 234-cü km-də hərəkətdə olan qatarın Akif İbrahimovu vurması nəticəsində sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO