Goranboy rayonunda təqsirləndirilən şəxs müvəqqəti saxlanma yerində özünə xəsarət yetirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Goranboy Polis Şöbəsininin müvəqqəti saxlanma yerində baş verib.
Rayon sakini Vüsal Cəfərov bədəninin müxtəlif yerlərini doğrayaraq özünə ciddi xəsarət yetirib. O, dərhal xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov baş vermiş hadisə ilə bağlı bölgə müxbirimizə bunları deyib:
"Goranboy rayon Bolusulu kənd sakini, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsi (oğurluq) ilə təqsirli bilinərək Goranboy Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan Vüsal Cəfərov plastmas qırığı ilə əl, bilək və bədən nahiyəsinə müxtəlif kəsik xəsarətləri yetirib. Polis əməkdaşları tərəfindən həmin şəxsə ilkin tibbi yardım göstərərək rayon xəstəxanasına yerləşdirilib. Vəziyyəti normaldır".
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov, Bizim.Media - Mərkəzi Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
23:42 / 21.06.2022
Polis şöbəsində saxlanılan şəxs ÖZÜNƏ XƏSARƏT YETİRDİ
Hazırda oxunan: Polis şöbəsində saxlanılan şəxs ÖZÜNƏ XƏSARƏT YETİRDİ
Hazırda oxunan: Polis şöbəsində saxlanılan şəxs ÖZÜNƏ XƏSARƏT YETİRDİ
80355
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.