Qasim Süleymaninin ölümünə səbəb olan şəxsin FOTOSU 

Qasim Süleymaninin ölümünə səbəb olan şəxsin FOTOSU 

Hazırda oxunan: Qasim Süleymaninin ölümünə səbəb olan şəxsin FOTOSU 

80313

Qasım Süleymanini amerikalılara satan və çantasını oğurlayan iraqlının fotosu yayılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. 

SEPAH-ın Qüds qanadının keçmiş komandanı Qasım Süleymaninin Amerika tərəfindən 22 dekabr 2019-cu ildə İraqda öldürülməsindən sonra İraqın bəzi hökumət qüvvələrinin bu əməliyyatda rolunun olmasına dair iddialar yayılıb. Lakin, bu iddialar indiyə qədər nə İran, nə də İraq rəsmiləri tərəfindən təsdiq olunmayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

General Qasım Süleymaninin ölümündə şübhəli olan zabit ölü tapıldı - FOTO


Qeyd edək ki, 2020-ci ilin yayında "Jamaran" xəbər saytı tərəfindən dərc edilən məlumata əsasən, ötən illərdə İranın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olan və bu ölkənin müxtəlif ölkələrdəki diplomatı olaraq çalışan Əmir Musəvi İraqın "Əl-Əhəd" televiziyasına açıqlamasında general Süleymaninin öldürülməsində rolu olan İraq hökumətinin rəsmi şəxslərinin aşkarlanması ilə bağlı məlumat verib. 

Musəvinin dediyinə görə, İraqın iki dövlət rəsmisi və bir neçə hökumət işçisi Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisin öldürülməsində iştirak ediblər.  

Bununla yanaşı, digər teleqram kanallarında ötən gün İraq mənbələrinə istinadən Süleymaninin öldürülməsində rolu olan şəxslərin adlarının siyahısını dərc edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO