Polis bölməsində DAVA - Bakıda məşhur çay evinin sahibi hədə-qorxu gəldi

Polis bölməsində DAVA - Bakıda məşhur çay evinin sahibi hədə-qorxu gəldi

Hazırda oxunan: Polis bölməsində DAVA - Bakıda məşhur çay evinin sahibi hədə-qorxu gəldi

80270

Bakının Nəsimi rayonunda məşhur çay evinin sahibi polisə hücum edib.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə rayonun R.Məmmədov küçəsində yerləşən “059” adı ilə fəaliyyət göstərən çay evində baş verib.

Tərəflər arasında gərginlik Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsində davam edib.  

Çay evini işlədən Ruslan adlı şəxsin obyektə yerləşdirdiyi mavi sayrışan işıqlar ətrafdakı insanları narahat edib. Bununla bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cü polis bölməsinə ərazidə yaşayan sakinlər şikayət edib.  
Şikayət əsasında çay evinə gələn polisər dəfələrlə xəbərdarlıq etsələr də, Ruslan deyilənlərə məhəl qoymayıb.  

Bununla əlaqədar izahatının alınması üçün Ruslan dəfələrlə şöbəyə dəvət edilib.  

Buna baxmayaraq, Ruslan nalayiq ifadələrdən istifadə edərək heç nədən qorxmadığını bildirib və polis bölməsinə gəlməkdən imtina edib.  

Bu səbəbdən polislər yenidən Ruslanın işlətdiyi obyektə gedib, onu bir daha izahat vermək üçün polis bölməsinə dəvət ediblər.  

Lakin Ruslan yenə də itaətsizlik göstərib, polis əməkdaşının ünvanına nalayiq ifadələr işlədib. O, heç yerə getməyəcəyini bildirib.  

Eyni zamanda, o, obyektin başqa şəxs tərəfindən işlədildiyini desə də, bu şəxsin kim olduğunu söyləməyib.  

Bu səbəbdən hadisə yerinə əlavə polis əməkdaşları dəvət edilib və onların köməkliyi ilə Ruslanı 19-cu polis bölməsinə gətiriblər.

Şöbədə olarkən Ruslan öz hərəkətlərini davam etdirib, polis əməkdaşına hədə-qorxu gəlib, onları işdən çıxartdıracağını söyləyib.  
Bundan sonra o, izahat verməkdən imtina edib.  

Polisə itaətsizlik göstərən şəxsin barəsində İnizabati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə ittiham verilib.  

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Ruslan 10 gün müddətinə inzibati qaydada həbs edilib. 

Eldar Məmmədli, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO