Yay fəsli gələn kimi işləyən hər kəsin beynində “Məzuniyyətə nə vaxt çıxacağam?” kimi fikirlər dolaşmağa başlayır. Lakin bəziləri düşünür ki, təkcə yayda yox, digər fəsillərdə də məzuniyyətə çıxıb, istirahətin dadını çıxarmaq mümkündür. Kimi bunu sərfəli qiymətlərə görə, kimi isə tibbi-profilaktika baxımdan uyğun hesab edir.
Mütəxəssislər bu mövzudakı fikirlərini Bizim.Media ilə bölüşüblər.
Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, məzuniyyət üçün yay daha uyğun hesab edilir:
“Yayda insanın istirahəti üçün daha çox imkanlar var. İstər dəniz olsun, istərsə də rayonlara təbiət qoynuna getmək olsun. İyun-iyul ayından etibarən təbiətin ən gözəl vaxtı olur. Ona görə də məzuniyyətin bu aylarda götürülməsi pis hesab edilmir. Çünki bu aylarda iş fəaliyyətində də zəiflik baş verir.
İsti hava insanın əhval-ruhiyyəsinə təsir göstərir ki, bu da iş zamanı xoşagəlməz nəticələrə, uğursuzluqlara səbəb olur. Əksəriyyət çox zaman deyir ki, sentyabr, oktyabr ayı daha uyğundur. Amma hesab edirəm ki, məzuniyyət üçün yay ayları daha uğurlu seçimdir”.
İqtisadçı ekspert Xalid Kərimlinin isə bildirir ki, məzuniyyət individual məsələdir və sərfəli tətil üçün yay daha yaxşı seçimdir:
“Əgər şəxs məzuniyyətini xaricdə - İspaniyanın İbiza adasında, Yunanıstan və digər bu kimi ölkələrdə keçirmək istəyirsə, təbii ki, yay bahadır. Türkiyənin özündə də hazırda pik sezondur. Amma Azərbaycanda keçirmək istəyənlər isə hava şəraitinin əlverişli vaxtını seçməyi daha uyğun bilirlər. Çünki heç kim yağışda, palçıqda məzuniyyət keçirmək istəməz.
Dəniz kurortunu sevənlər təbii ki, payız aylarında məzuniyyət götürə bilməzlər. Qış turizminə marağı olan şəxslərin məzuniyyətini o vaxtlarda götürməyi daha məqsədə uyğundur. Həmçinin büdcə baxımından da yayda məzuniyyətə çıxmaq daha sərfəlidir. Çünki bu fəsil ərzaq, meyvə-tərəvəz qiymətlərinin də bol və ucuz olduğu dövrdür.
Ümumiyyətlə isə düşünürəm ki, məzuniyyəti bir neçə hissəyə bölüb qısa müddətlərlə götürmək daha maraqlı olar” , - deyə X.Kərimli bu seçimi psixoloji olaraq daha düzgün hesab edib.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:40 / 21.06.2022
Məzuniyyətə hansı ayda çıxmaq sərfəlidir? – Ekspertlər doğru zamanı AÇIQLADILAR
Hazırda oxunan: Məzuniyyətə hansı ayda çıxmaq sərfəlidir? – Ekspertlər doğru zamanı AÇIQLADILAR
Hazırda oxunan: Məzuniyyətə hansı ayda çıxmaq sərfəlidir? – Ekspertlər doğru zamanı AÇIQLADILAR
80256
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.