Dənizə bu saatlarda getmək olmaz – SƏBƏB AÇIQLANDI 

Dənizə bu saatlarda getmək olmaz – SƏBƏB AÇIQLANDI 

Hazırda oxunan: Dənizə bu saatlarda getmək olmaz – SƏBƏB AÇIQLANDI 

80240

Qızmar yay günlərində həm zehni, həm də fiziki cəhətdən dincəlmək və gümrahlaşmaq üçün çimərlik ən gözəl seçimdir. Həmçinin günəş şüaları bədənimizə nüfuz edəndə D vitamininə çevrilir. Bu da sümük və dişlərin güclü olması üçün çox əhəmiyyətlidir. 

Lakin çox zaman günəşin və dənizin dərimizə vura biləcəyi zərərin fərqində olmuruq. Həddindən artıq günəş və dənizə məruz qalma dərinin təkcə üst təbəqəsini deyil, həm də dəri qatının daha dərin zədələnməsinə səbəb ola bilir.

Ultrabənövşəyi şüalar dərinin elastikliyindən qoruyan elastini parçalayır və dərinin uzanmasına, sallanmasına səbəb olur. Həmçinin kollageni də məhv edərək dəriyə ləkələr sala və erkən yaşlanması ilə nəticələnir. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda nümunəvi çimərliklər mövsümə hazırdı - SİYAHI/FOTO


Bəs dərini günəşdən və duzlu sudan necə qorumaq lazımdır?

Bizim.Media xarici mətbuata istinadən bildirir ki, dərini qorumaq üçün aşağıda qeyd olunanlara əmək etmək lazımdır:

1) 11:00 və 16:00 saatlarında kölgədə qalın. 

2) Günəş vannası qəbul edərkən şapka, panama və ya eşarp taxın. Çünki günəşdən ən çox ziyan çəkən yerlər baş, üz və boyundur.

3) Günəşdən qoruma kremi çəkin. Dəriniz nə qədər açıq rənglidirsə, günəşdən qoruyan kremin tərkibindəki maddə (SPF) o qədər yüksək olmalıdır.

4) UVA və UVB-yə (günəş şüalarının iki ziyanlı növü ) qarşı qoruyan günəş kremi seçin. Mütəmadi olaraq istifadə edin, xüsusulə üzdükdən sonra.

5) İstiyə güc gəlmək üçün çoxlu su qəbul edin. Bədəninizdəki xalları müşahidə edin. Əgər qaşınma, qanama kimi hansısa dəyişiklik olarsa, həkimə müraciət edin.

6) Dəniz suyunun tərkibi duzlu olduğundan, çimərlik zonalarında suyunun təmiz olmasına mütləq diqqət yetirilməlidir. Suyun tərkibində bəzən müxtəlif çirkli maddələr də olur. Bu zaman orqanizm müxtəlif allergik reaksiyalar göstərə bilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO