II və III qrup üzrə qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başa çatdı

II və III qrup üzrə qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başa çatdı

Hazırda oxunan: II və III qrup üzrə qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başa çatdı

80221

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdinə qeydiyyat bu gün saat 11:00-da başa çatıb.

Bizim.Media Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, II qrup üzrə 12 792 nəfər (Azərbaycan bölməsi üzrə 11 626, rus bölməsi üzrə 1166 nəfər), III qrup üzrə isə 16 626 namizəd (Azərbaycan bölməsi üzrə 15 139, rus bölməsi üzrə 1487 nəfər) qeydiyyatdan keçib.

Xatırladaq ki, I və IV ixtisas qrupu üzrə imtahan vermək istəyənlər isə 4 iyul saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdində 4-17 mart və ya 6-25 aprel tarixlərində I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə təqdim etmiş abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, III qrup üzrə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi iyulun 7-də, III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan (II cəhd) və II qrup üzrə qəbul imtahanı (II cəhd) iyulun 7-də keçiriləcək.
Eyni zamanda I ixtisas qrupu üzrə qəbul imtahanının II cəhdi iyulun 20-si, IV qrup üzrə isə iyulun 21-i keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO