Dövlət Xidmətindən qədim hamamla bağlı AÇIQLAMA - FOTO 

Dövlət Xidmətindən qədim hamamla bağlı AÇIQLAMA - FOTO 

Hazırda oxunan: Dövlət Xidmətindən qədim hamamla bağlı AÇIQLAMA - FOTO 

80216

Sabunçu rayonunun Kürdəxanı kəndində XVII əsrə aid hamamın ətrafının məişət tullantıları ilə çirkləndiyi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Bizim.Media-ya bildirib ki, bir gün ərzində əraziyə baxılmasa, vəziyyət belə olur: 

"Hər abidənin önündə abidə mühafizəçisi dayanıb keşik çəkməlidir deyə bir qayda yoxdur. Abidə mühafizəçiləri ərazi üzrə bir neçə abidəyə nəzarət edir.
Dünyanın heç bir ölkəsində abidələrin hamısını hasara alıb, günlük mühafizə təşkil etmirlər. Belə hallara əhali də məsuliyyətli yanaşmalıdırlar. Bu abidələr tək dövlətin deyil, hər kəsindir. Ona görə də abidələri qorumaq hər kəsin borcudur". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO