"Azəriqaz" rəhbəri Qubada vətəndaş qəbulu keçirdi

Hazırda oxunan: "Azəriqaz" rəhbəri Qubada vətəndaş qəbulu keçirdi

80173

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Quba rayonunda vətəndaşlarla görüş keçirib.

Bizim.Media xəbər verir ki, qəbulda Birlik rəhbəri ilə yanaşı, Xaçmaz Regional qaz istismarı İdarəsinin (Xaçmaz RQİİ), Quba xidmət sahəsinin rəhbər şəxsləri də iştirak ediblər. 

Görüşdə Xaçmaz RQİİ-nin xidmət sahələrindən olan vətəndaşların problem və təklifləri dinlənilib.

Vətəndaşlar görüş zamanı Quba rayonunun Yalavanc, Bağçalı, Zərqava, Davudoba, Səbətlər, İdrisiqışlaq, İqriq və digər kəndlərin qazlaşdırılmasını Birlik rəhbərindən xahiş ediblər. 

Qəbul zamanı fərdi qazlaşma, yeni yaşayış massivlərinə küçə qaz xəttinin çəkilməsi, işə qəbul və digər məsələlərə toxunulub. 

Ruslan Əliyev qəbula üz tutan 45-dək vətəndaşı fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli barədə Xaçmaz Regional qaz istismarı İdarəsinin struktur rəhbərlərinə müvafiq tapşırıq verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO