Azərbaycan dili üzrə imtahan nəticələri elan olundu

Azərbaycan dili üzrə imtahan nəticələri elan olundu

Hazırda oxunan: Azərbaycan dili üzrə imtahan nəticələri elan olundu

80109

İyunun 12-də Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də keçirilən imtahanda iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib. 

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.

Nəticələr bu gün saat 17:36-dan etibarən DİM-in internet səhifəsində yerləşdirilib.  

Şagirdlər 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), abituriyentlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. 
Qeyd edək ki, imtahanda iştirakı nəzərdə tutulan 1155 nəfərdən 117 nəfər imtahana gəlməyib. 

Şagirdlərin imtahanda toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. 

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən cari və əvvəlki illərin abituriyentləri isə imtahanda 30 bal toplaya bilərlər.  

Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. 

İyunun 12-də keçirilən imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən iyunun 22-dən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. 
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 21-23 iyun tarixlərində DİM-in internet saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO