Bakı Dövlət Univeristetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BDU-nun Mətbuat Xidməti yayıb.
Mənbə yazır ki, müəllimin əmək müqaviləsinə xitam verilib.
MÖVZU İLƏ BAĞLI:
Rüşvət almaqda ittiham olunan BDU müəllimi DANIŞDI: “Yoxlanış aparsınlar...” - ÖZƏL
Xatırladaq ki, sosial şəbəkələrdə Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi iddia olunan səs yazısı yayılıb.
Müəllim deyib ki, imtahandan kəsilən zaman tələbələr üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar.
Bizim.Media