Bakı-Antalya reyslərinin sayı artırılır

Bakı-Antalya reyslərinin sayı artırılır

Hazırda oxunan: Bakı-Antalya reyslərinin sayı artırılır

80076

“Azərbaycan Hava Yolları” aviaşirkəti 2022-ci ilin yay mövsümü çərçivəsində Bakı-Antalya-Bakı istiqaməti üzrə uçuşların sayını artırır. 

Bizim.Media bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin saytına istinadən xəbər verir.  

Bildirilib ki, iyulun 2-dən etibarən aviadaşıyıcı bu marşrut üzrə həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günlərində yerinə yetiriləcək əlavə reysləri (J2- 027/028) daxil edir.
Əlavə reyslər nəzərə alınmaqla bu istiqamət üzrə uçuşların sayı həftədə 19-dək artırılacaq.

Qeyd edilən marşrut üzrə əlavə reyslərin daxil edilməsi ilə əlaqədar, “Azərbaycan Hava Yolları” tərəfindən J2- 125/126 nömrəli reyslərin uçuş və gəliş vaxtlarında dəyişiklik edilmişdir.

Bakıdan Antalyaya uçuşlar saat 14:30-da (bazar ertəsi və cümə günləri) və 15:20-də (çərşənbə axşamı, çərşənbə və şənbə günləri) həyata keçiriləcək.

Antalyadan Bakıya reyslərin gəlişi saat 17:25-də (bazar ertəsi), 18:20-də (çərşənbə axşamı və çərşənbə günləri), 17:30-da (cümə günləri) və 18:30-da (şənbə günləri) həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO