Rusiyanın eks-dövlət katibi Bakıda hansı şəraitdə vəfat edib?

Rusiyanın eks-dövlət katibi Bakıda hansı şəraitdə vəfat edib?

Hazırda oxunan: Rusiyanın eks-dövlət katibi Bakıda hansı şəraitdə vəfat edib?

80071

Ötən gün Bakıda dünyasını dəyişən Rusiyanın eks-dövlət katibi Gennadi Burbulisin yaxınları onun cənazəsinin Rusiyaya gətirilməsi məsələsini həll edirlər.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə informasiyanı Yeltsin Mərkəzinin icraçı direktorunun müavini Lyudmila Telen yayıb.

Xatırladaq ki, Burbulis Azərbaycanda olub və Bakıda IX Qlobal Bakı Forumunda iştirak edib. O, qaldığı otelin saunasında ölü tapılıb.

MÖVZU İLƏ BAĞLI:

Boris Yeltsinin yaxın adamı Bakıda vəfat etdi – FORUMA GƏLİBMİŞ


1990-1992-ci illərdə Burbulis Boris Yeltsinin ən yaxın adamı olub. Rusiya Sovet Federativ Sosialist Respublikasının dövlət katibi vəzifəsində çalışıb.

O, SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejskaya sazişinin hazırlanmasında əsas aktorlardan biri olub və Yeltsinlə birlikdə Rusiya adından onu imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO