Adı “Cahangir Hacıyev işi”x9dndə hallanaraq saxlanılmış sabiq deputat Dünyamin Xəlilova məxsus “Globus Plaza”x9d satışa çıxarılıb
D.Xəlilovun saxlanılmasından sonra plazada axtarış işləri həyata keçirilib
və kassalar möhürlənib.
Plazanın mühasibləri isə dindirilmək üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Daha sonra isə şirkətin satışa çıxarılması məsələsi müzakirə olunub.
Plaza işçilərinin verdiyi məlumata görə, şirkətin artıq ilk müştərisi var. Müştərinin adı çəkilməsə də, onun türkiyəli iş adamı olduğu deyilir.
Məlumat üçün deyək ki, Cahangir Hacıyevə məxsus brend mağaza “Harvey Nichols”x9d da “Globus Plaza”x9dda yerləşir. Onu da bildirək ki, “Harvey Nichols”x9d brendi adına xələl gətirdiyi üçün C.Hacıyevə verdiyi françayzinq səlahiyyətlərini geri götürüb. (aznews.az)


































































































