Bu abituriyentlər üçün imtahan ÖDƏNİŞSİZDİR 

Bu abituriyentlər üçün imtahan ÖDƏNİŞSİZDİR 

Hazırda oxunan: Bu abituriyentlər üçün imtahan ÖDƏNİŞSİZDİR 

80035

II və III ixtisas qrupları üzrə imtahanda iştirak etmək istəyənlər bu bgün saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin (DİM) internet səhifəsində qeydiyyatdan keçməlidirlər.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.  

Bildirilir ki, imtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər. 

Abituriyentlər “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib verilən link vasitəsilə imtahana yazıla bilərlər.

Aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir:

Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO