Mübariz İbrahimov evində anıldı - FOTOLAR

Mübariz İbrahimov evində anıldı - FOTOLAR

Hazırda oxunan: Mübariz İbrahimov evində anıldı - FOTOLAR

79835

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür. 

Bizim.Media xəbər verir ki, şəhid qəhrəman Biləsuvar rayonunun Əliabad kəndindəki ata evində anılıb. Anım tədbirində M. İbrahimovun ailə üzvləri, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, gizir Mübariz İbrahimov 2010-cu il iyunun 19-da gecə təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitinə gözlənilməz həmlə edib.
Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyan hərbçimiz onların zəif cinahlarını üzə çıxarıb.

Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

M. İbrahimova Prezidentin sərəncamı ilə ölümündən sonra “Milli Qəhrəman” adı verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO