Buraxılış imtahanında eyni nəticəni göstərən qardaşlardan biri 661 balla tələbə adını qazandı -

Buraxılış imtahanında eyni nəticəni göstərən qardaşlardan biri 661 balla tələbə adını qazandı - "Yenidən imtahan verəcəyəm

Hazırda oxunan: Buraxılış imtahanında eyni nəticəni göstərən qardaşlardan biri 661 balla tələbə adını qazandı - "Yenidən imtahan verəcəyəm

79812

Bir müddət əvvəl sosial şəbəkələrdə qubalı iki qardaşın buraxılış imtahanlarında eyni-277 bal toplamalarının trendə çevrilməsi barədə məlumat vermişdik. Artıq qardaşların böyüyü, bu il Azad Məmmədov adına Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyi bitirən Əli Vahabov artıq tələbə olmaq arzusuna çatıb.  

Bunu müəllim və valideynlərindən sonra Bizim.Media ilə bölüşən Əli Vahabov iyunun 5-də IV qrup üzrə verdiyi qəbul imtahanında 384 bal toplayaraq ümumilikdə 661 balla tələbə olmaq istəyini reallaşdırıb:
 

 MÖVZU İLƏ BAĞLI:

Buraxılış imtahanlarından eyni bal toplayan qardaşlar Bizim.Media-ya danışdılar - FOTO


"Qardaşım Əfqanla buraxılış imtahanında eyni balı toplamışdıq. Əfqan 9-cu sinfi bitirdi, mən 11-ci sinfi. Çalışdım, gecə -gündüz çalışdım, şadam ki, zəhmətkeş valideynlərimin əziyyətini yerə vurmadım. Sevinirəm ki, müəllimlərimin də etimadını doğrultdum". 

Əli həkim olmaq arzusundadır. Tibb Universitetinin müalicə işi fakültəsində təhsil almağı qərara alıb. Amma müsahibim topladığı 661 balla qane olmaq istəmir. İyulun 21-də keçiriləcək şans imtahanına qatılıb daha yüksək nəticə qazanmaq üçün çalışır. Deyir ki, hədəfim 700 bala çatmaqdır. Gənc məzuna uğurlar arzulayırıq.  

Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO