İyunun 17-də Baş prokuror Kamran Əliyev Masallı Rayon Prokurorluğunun inzibati binasında Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini, Birinci və İkinci Qarabağ Müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış abidə kompleksini ziyarət edib, gül dəstələri düzərək əziz xatirələrini ehtiramla yad edib.
MÖVZU İLƏ BAĞLI:
Baş prokuror ABŞ rəsmisi ilə müzakirələr apardı - FOTO
Qəbulda iştirak edən 82 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Kamran Əliyev Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Qəbuldan sonra Baş prokuror Cəlilabad və Yardımlı rayon prokurorluqlarına gedib, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.
Bizim.Media