Tağıyevin Xaricdə Təhsil almağa göndərdiyi gənclər üçün qoyduğu şərtlər

Tağıyevin Xaricdə Təhsil almağa göndərdiyi gənclər üçün qoyduğu şərtlər

Hazırda oxunan: Tağıyevin Xaricdə Təhsil almağa göndərdiyi gənclər üçün qoyduğu şərtlər

79735

Müsəlman Şərqində ilk qız məktəbinin yaradıcısı, Bakını ilk Teatr binası ilə təmin edən, adı bu günə kimi gəlib çatan xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin  əsas xidmətlərindən biri də, məhz Azərbaycan gənclərini təhsil üçün xarici ölkələrə göndərmək idi.

Çox təəssüf ki, Tağıyev qarşısına qoyduğu maarifləndirmə siyasətinə tam nail ola bilmədi.Azərbaycanda Sovet Hakimiyyəti qurulandan 1990-cı illərdə müstəqil Azərbaycan Respublikasının yaranmasına qədər Xaricdə təhsil almaq Azərbaycan gəncləri üçün arzu olaraq qaldı.
Tağıyev hələ sağ ikən onun gəncləri Xaricdə təhsil almağa göndərməsi ilə bağlı bir çox söz-söhbətlər dolaşırdı. Bəziləri atasına rəhmət oxutduraraq savab qazanmaq, bəziləri isə kasıb təbəqə qarşısında şöhrət qazanması üçün bunu etdiyini söyləyirdilər.

Düzü illər sonra bu kimi suallara cavab axtarmaq qeyri-real görünsə də, Tağıyevin xeyriyyəçilikdən əlavə iti fəhmli uzaqgörən sərmaydar olduğu indi də hamıya gün kimi aydındır.

Məsələnin biznes tərəfinə baxsaq görərik ki, hacı o zaman Bakıda reallaşdırmaq istədiyi layihələr üçün yeri kadrlardan dövrün tələblərinə cavab verəcək nə memar, nə də mühəndis tapa bilmirdi. Layihələrinin icrası üçün xaricdən gətirdiyi işçi qüvvəsi isə gördükləri işin müqabilində Tağıyevdən külli miqdarda pul tələb edirdi. Hətta hacıdan aldıqları  pul onlara o qədər bəs edirdi ki, bir daha qol qaldırıb başqa bir işdə çalışmaq istəmirdilər. Təbii ki, bütün bunlar dövrün böyük sərmayədar iş adamı olan Tağıyevin diqqətindən yayınmırdı.

Deyilənə görə Hacı Zeynalabdin Tağıyev bir gün papağını qabağına qoyub fikirləşir ki, xaricdən gətirdiyi memarlara xərclədiyi pulun yarısı ilə bir azərbaycanlı tələbəni ən azı üç il xarici ölkələrdən birində  oxutdura bilər.
Ən azı o tələbə geri qayıtdığı zaman orada baş verən bütün yeniliklərdən xəbərdar olaraq onları Azərbaycanda tətbiq etməyə başlayacaq.

Bəs tələbə geri qayıtmayacağı təqdirdə nə baş verəcəkdi?

Bu kimi məqamları nəzərə alaraq Hacı Zeynalabdin Tağıyev xaricə göndərdiyi gənclər üçün xüusi şərtlər hazırlamışdı.

Təhsil üzrə ekspert Şahlar Əsgərovun Bizim.Media-ya verdiyi məlumata əsasən Hacı Zeynalabdin Tağıyevin ən böyük arzularından biri Azərbaycanda uğurlu təhsil sistemi formalaşdırmaq idi və buna görə də, hələ o zaman əlində olan maddi kapitalı insan kapitalına çevirməyə çalışırdı.

Avropaya təhsil almaq üçün göndərdiyi gənclərdən Tağıyev ikiqat fayda götürməyi hədəfləmişdi və gəncləri xaricə göndərməkdə əsas məqsədi bunlar idi:

1. Əmək bazarında dövrün standartlarına cavab verən yerli kadrlar hazırlamaq

2. Avropa təhsilini gənc kadrlar vasitəsilə Azərbaycanda təbliğ edərək uğurlu təhsil modeli yaratmaq.

Ekspert qeyd edib ki, gənclərin təhsil üçün xaricə gedib geri dönməməsinin qarşısını almaq üçün isə  Hacı Zeynalabdin Tağıyev xüsusi şərtlər hazırlamışdı:

1. Avropada qalmamaq.

2. Avropalı qızlarla evlənməmək.

3. Təhsil üçün xərclənən pulları imkan olduğu təqdirdə başqa tələbələrin istifadəsi üçün geri qaytarmaq.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO