Beyləqanda mağazanı qarət edən keçmiş məhkum saxlanıldı - FOTO

Beyləqanda mağazanı qarət edən keçmiş məhkum saxlanıldı - FOTO

Hazırda oxunan: Beyləqanda mağazanı qarət edən keçmiş məhkum saxlanıldı - FOTO

79730

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Dünyamalılar kəndi ərazisindəki mağazalardan nəğd pul və digər əşyalar oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.  

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Sahib Şükürov saxlanılıb.

Araşdırma zamanı S.Şükürovun may və iyun aylarında kənd ərazisindəki mağazalara qeyri-qanuni yollarla daxil olaraq 10 min manatdan artıq nəğd pul və digər əşyalar oğurladığı müəyyən edilib.  

O, bu əməlləri törədərkən təhlükəsizlik kameralarına yaxalanmamaq üçün üzünü maska ilə gizlədib. Lakin o, polis əməkdaşlarının keçrdiyi tədbirlərlə çox çəkmədən müəyyən olunaraq istintaqa təhvil verilib.  
Faktla bağlı S.Şükürov barəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO