Yaşayış binasındakı yanğın söndürüldü, 15 sakin təxliyə edildi - YENİLƏNİB - VİDEO

Yaşayış binasındakı yanğın söndürüldü, 15 sakin təxliyə edildi - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Yaşayış binasındakı yanğın söndürüldü, 15 sakin təxliyə edildi - YENİLƏNİB - VİDEO

79639

Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşən çoxmərətəbəli yaşayış binasında baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən söndürülüb. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının binanın 8-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

Bildirilir ki, yanğın zamanı 15 bina sakini təxliyə edilib, 4 nəfər xilas olunub. Xilas edilənlərdən ikisi azyaşlı olub.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş verməsinin ilkin səbəbi elektrik naqillərində baş verən nasazlıq olub.

*** 10.26

Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 45 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Binadakı mənzillərdən birində baş verən yanğının digər mərtəbələrə də yayılmaq təhlükəsi yaranıb.

Hazırda hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadaları cəlb olunub. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO