Masallıda 20-dən artıq sürücü cərimələndi - FOTO

Masallıda 20-dən artıq sürücü cərimələndi - FOTO

Hazırda oxunan: Masallıda 20-dən artıq sürücü cərimələndi - FOTO

79623

Nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Masallı rayoni ərazisində nəzarət tədbirləri gücləndirilib.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində sürücülük hüququ olmadan sükan arxasına keçən, sərnişindaşıma və yükdaşıma qaydalarını pozan, nəqliyyat vasitəsinə kobud konstruksiya dəyişikliyi edən, avtomobilin texniki baxışdan keçirilməsini təmin etməyən və digər qayda pozuntularına yol verən sürücülər aşkarlanıb.

Aşkarlanan qayda pozuntularının hər biri ilə bağlı qanunamüvafiq qaydada tədbirlər görülüb.

Ümumilikdə 20-dən artıq sürücü barəsində inzibati qaydada protokol tərtib edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO