Azərbaycan Məhkəmə-Hüquq Şurasına (MHŞ) yeni üzvlər təyin edilib.
Moderator.az-ın məlumatına görə, Salyan Rayon Məhkəməsinin sədri Xəqanı Tağıyev, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi İlham Əhmədov və Vəkillər Kollegiyasının üzvü, 4 saylı hüquq məsləhətxanasının müdiri Ramiz İbrahimov MHŞ-nin üzvü kimi fəaliyyətə başlayıblar.
Qeyd edək ki, R.İbrahimov həm də Mərkəzi Seçki Komissiyasının (MSK) üzvüdür. O, MSK-da hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. O, MHŞ-da Vəkillər Kollegiyasının üzvü Şəfayət Həsənovu əvəz edib.
MHŞ-da yeni üzvlərin təyin olunduğu digər iki yer isə vakant olub.
Hazırda MHŞ-da bir vakant yer var.(report)





























































































