Qlobal ərzaq böhranı: Ölkədə məhsulların qiyməti artacaqmı?

Qlobal ərzaq böhranı: Ölkədə məhsulların qiyməti artacaqmı?

Hazırda oxunan: Qlobal ərzaq böhranı: Ölkədə məhsulların qiyməti artacaqmı?

79575

“Ərzaq böhranı qaçılmazdır və artıq qapıdadır”.

Bu sözləri Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib. Prezident həmçinin böhranla bağlı addımların atılmasını vacib hesab edib.

Böhranın ölkəmizdə səbəb olacaq nəticələrini nəzərə alsaq, yaxın günlərdə ərzaq məhsullarının qiymətində yenidən bahalaşma ola bilərmi?
 

MÖVZU İLƏ BAĞLI:

“Ərzaq böhranı qaçılmazdır və artıq qapıdadır” – İlham Əliyev 


İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, strateji əhəmiyyət daşıyan un və un məmulatlarının qiymətlərində hələlik artımın olması gözlənilmir:

“Qlobal Ərzaq təhlükəsizliyi təbii olaraq ölkəmizə öz təsirini göstərir və göstərəcək də. Lakin ölkədə un və un məmulatlarının, xüsusi ilə çörəyin qiymətinin bahalaşması ilə bağlı gözlənti yoxdur. Çünki bu istiqamətdə bahalaşmanın olması üçün dövlət tərəfindən sistemli subsidiya mexanizmi çoxdan mövcuddur. O ki, qaldı digər məhsullarda olacaq qiymət artımlarına bu mümkün ola bilər. Çünki idxaldan asılı olan məhsullarımız da idxal etdiyimiz ölkələrdə qiymətlərin artması nəticəsində bahalaşa bilər. Yerli məhsullarda isə maya dəyərinin və istehsal xərclərinin artması səbəbi ilə qiymət artımları qaçılmaz olacaq. Qiymətlərin artmaması üçün sistemli şəkildə monitorinq aparılmalıdır .

İqtisadçı ekspertin sözlərinə görə, qlobal ərzaq təhlükəsizliyinin ölkəmizə təsirini azaltmaq üçün xaricdən idxal olunan bəzi məhsulların istehsalına başlanılmalıdır:

“Azərbaycanın torpaq ehtiyatları da məhduddur. Məhsuldarlığımız o qədər də yüksək deyil və kənd təsərrüfatı sahəsində problemlərimiz var. Lakin hansı məhsulun beynəlxalq bazarda satışı varsa  və valyuta ehtiyatımız olduğu üçün sözügedən məhsulları rahatlıqla idxal edə bilərik.
Amma satışı problemli olan məhsullarla bağlı idxalda problemlər yaşayırıq. Ona görə də ölkəmizdə həmin məhsulları  istehsal olunmasına nail olmalıyıq və  ölkənin ərzaq təhlükəsizliyində rolu olan məhsulların istehsalına şərait yaratmalıyıq”, - deyə E.Əmirov fikrini tammalayıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO