AZAL-dan CAVAB -

AZAL-dan CAVAB - "Qiymətləri Tarif Şurası qaldırır"

Hazırda oxunan: AZAL-dan CAVAB - "Qiymətləri Tarif Şurası qaldırır"

79552

“Azərbaycan Hava Yolları” aviaşirkəti millət vəkili Fazil Mustafanın Bakı-Naxçıvan-Bakı aviareysi üzrə biletlərin tapılmaması ilə bağlı iddialarına cavab verib. 

Bizim.Media xəbər verir ki, aviaşirkətin yaydığı açıqlamada deyilir: 

““Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Naxçıvana və geriyə səyahət edən bütün sərnişinlərə aviabiletləri aviaşirkətin rəsmi saytında almağı təklif edir. 
 

MÖVZU İLƏ BAĞLI:

AZAL-dan Bakı-Naxçıvan aviabiletləri ilə bağlı TƏKLİF 


Bu, AZAL-ın kassalarında yaranan uzun növbələrin azalmasına, həmçinin sərnişinlərin aviabiletlərin rəsmiləşdirilməsi prosesini asanlaşdırmağa kömək edəcək. 

Hər iki istiqamət üzrə biletlər aviaşirkətin www.azal.az rəsmi saytından əldə edilə bilər”. 

Qeyd edək ki, respublika daxilində reyslər üçün aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO