Bərdədə polis ƏMƏLİYYATI: Tutulanlar var - FOTO

Bərdədə polis ƏMƏLİYYATI: Tutulanlar var - FOTO

Hazırda oxunan: Bərdədə polis ƏMƏLİYYATI: Tutulanlar var - FOTO

79534

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bugünlərdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsi və bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.   

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Cəlal Abdullayev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman ümumulikdə çəkisi 20 qrama yaxın olan metamfetamin və heroin, eləcə elektron tərəzi aşkar edilərək götürülüb.

Bundan başqa Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi digər tədbirlərlə narkotikli tərkibli bitkilərin kultivasiyasılnda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş Faiq Əsgərov və Fərhad Rzazadə saxlanılıblar.
Onların yaşadıqları evlərin həyatyanı sahələrinə baxış keçirilən zaman F.Əsgərovdan 50 ədəd və F.Rzazadədən isə 29 ədəd aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkiləri aşkarlanaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO