Gədəbəydə ağır yol qəzası: Bir ailənin 5 üzvü yaralandı

Gədəbəydə ağır yol qəzası: Bir ailənin 5 üzvü yaralandı

Hazırda oxunan: Gədəbəydə ağır yol qəzası: Bir ailənin 5 üzvü yaralandı

79435

Gədəbəy rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir-Gədəbəy yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində Şəmkir rayon sakinləri, 1989-cu il təvəllüdlü T.Qəhramanov, onun həyat yoldaşı, 1994-cü il təvəllüdlü D.Qəhrəmanov onların övladları, 2018-ci il təvəllüdlü İ.Qəhramanlı, 2013-cü il təvəllüdü A.Qəhramanlı və 2012-ci il təvəllüdlü A.Qəhramanlı, həmçinin digər avtomobildə olan Gədəbəy rayon sakini, 1992-ci il təvəllüdlü R.Abdullayev xəsarət alıb. 

Yararlılar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media - Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO