Bakıda hərbi yürüş keçiriləcək

Bakıda hərbi yürüş keçiriləcək

Hazırda oxunan: Bakıda hərbi yürüş keçiriləcək

79372

Mayın 28-də Respublika Günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə saat 12.00-dan etibarən şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçiriləcək

Moderator.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, həmin gün Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, Horadiz və Qusar şəhərlərində yerləşən hərbi hissələrin şəxsi heyətinin də nizami keçidi təşkil ediləcək.

Bundan başqa, mayın 28-də saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.

Orkestrlər müəyyən olunmuş 6 nöqtədə çıxış edəcəklər:

- Fəvvarələr meydanı;

- Dənizkənarı Milli Park (Azneft meydanının qarşısındakı Dövlət Bayrağının yanında);

- Dənizkənarı Milli Park (Azadlıq meydanı qarşısında);

- Əhmədli qəsəbəsində yerləşən Heydər Əliyev adına park;

- Zərifə Əliyeva adına park;

- Zabitlər parkı.

Həmin gün Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran və Qusar şəhərlərində də Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları olacaq
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO