Bakıda avtomobil beton maneəyə çırpıldı – ÖLƏN VAR

Bakıda avtomobil beton maneəyə çırpıldı – ÖLƏN VAR

Hazırda oxunan: Bakıda avtomobil beton maneəyə çırpıldı – ÖLƏN VAR

79312

Bakıda avtomobil beton maneəyə çırpılıb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda "Kia" markalı minik avtomobilinin beton maneəyə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. 

Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan sürücü, 1977-ci il təvəllüdlü Məmiyev Yaqub Heybət oğlunun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO