Göygöldə ağır qəza - Xarici vətəndaş öldü

Göygöldə ağır qəza - Xarici vətəndaş öldü

Hazırda oxunan: Göygöldə ağır qəza - Xarici vətəndaş öldü

79291

Göygöl rayonunun Hacıməlik qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göygöl rayonunun Hacıməlik qəsəbəsində “КамАЗ” və "Renault" markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1979-cu il təvəllüdlü Mecit Bakır Mehmet oğlunun meyitini deformasiyaya uğrayan "Renault" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO