Azərbaycnda 22 milyonluq xidmət LƏĞV EDİLDİ - SƏBƏBİ İSƏ...

Azərbaycnda 22 milyonluq xidmət LƏĞV EDİLDİ - SƏBƏBİ İSƏ...

Hazırda oxunan: Azərbaycnda 22 milyonluq xidmət LƏĞV EDİLDİ - SƏBƏBİ İSƏ...

79283

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC “107” xidmətinin fəaliyyətini iyulun 6-dan sonra dayandıracaq.

Bizim.Media "Aztelekom"a istinadən xəbər verir ki, buna səbəb xidmətin dayandırılmasına səbəb onun aktual olmaması və sifarişçi sayının nəzərəçarpacaq dərəcədə azalmasıdır.

Qeyd olunub ki, stasionar telefon vasitəsilə ölkədaxili, mobil və beynəlxalq danışıq xidmətlərindən istifadə etmək üçün sadəcə “sıfır” kodunun aktiv olması kifayət edir.
Bildirilib ki, abunəçilər “Sıfır” kodunu aktivləşdirmək üçün ərizə ilə yaşadıqları ünvan üzrə müvafiq telekommunikasiya qovşağına müraciət edə bilərlər.

Xatırladaq ki, "Aztelekom" 1996-cı ildən fəaliyyət göstərən eyni adlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb.

Onun nizamnamə kapitalı 22,525 milyon manatdır. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO