Bakı-Ufa aviareysləri bərpa edilir

Bakı-Ufa aviareysləri bərpa edilir

Hazırda oxunan: Bakı-Ufa aviareysləri bərpa edilir

79257

“Azərbaycan Hava Yolları” QSC-nin törəmə müəssisəsi “Buta Airways” Rusiyanın Ufa şəhərinə və geriyə uçuşları bərpa edir. 

Bu barədə Bizim.Media-ya “Buta Airways” şirkətindən bildirilib. 

Aviaşirkət 3 iyuldan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan Ufa şəhərinə reyslər yerinə yetirməyə başlayacaq. Bakı-Ufa-Bakı istiqaməti üzrə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək. 

Qeyd edək ki, “Buta Airways” aviaşirkəti 15 iyundan etibarən həftədə iki dəfə olmaqla Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri), Kazan (çərşənbə və şənbə günləri) şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq. 
Bu reyslərə qeyd edilən daşıma şərtlərinə uyğun olan və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO