70 məktəbdə çalınan məzun zəngi - FOTO

70 məktəbdə çalınan məzun zəngi - FOTO

Hazırda oxunan: 70 məktəbdə çalınan məzun zəngi - FOTO

79229

Bu gün Qubanın 70 orta məktəbində 1426 nəfər məzun üçün son zəng çalınıb. Bütün təhsil ocaqlarında məzunların duyğusal anları yaşanıb.  

Məzunların görüşünə gələn Quba İH başçısı Ziyəddin Əliyev onları təbrik edərək müstəqil həyatda uğurlar diləyib.

Rayon rəhbəri 3 saylı orta məktəbin məzunlarına bu xoş gün üçün canından keçən bu məktəbin məzunu Tamerlan İqrar oğlu Əliyevdən də danışıb.  

Bildirib ki, 2018-2019-cu ildə bu məktəbin məzunu olmuş Tamerlan Əliyev 2020-ci ildə Vətən Müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ziyəddin Əliyev gənclərə sülh şəraitində xoşbəxt yaşamağı, arzularının dalınca gedib cəmiyyətə layiq vətəndaş olmağı arzu edib.  

Quba İH başçısı Ziyəddin Əliyev Quba şəhərində fəaliyyət göstərən fizika-riyaziyyat təmayüllü respublika liseyində məzunların son zəng mərasimində də iştirak və çıxış edib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO