Onbirinciləri kövrəldən Son Zəng - FOTO 

Onbirinciləri kövrəldən Son Zəng - FOTO 

Hazırda oxunan: Onbirinciləri kövrəldən Son Zəng - FOTO 

79180

Bu gün ölkədə keçirilən "Son zəng" məzun günü Xaçmazın Palıdlı kəndindəki tam orta məktəbdə xüsusi təntənə ilə qeyd olunub. Təhsil ocağını bitirən 18 məzunun son zəng işığına valideynləri, doğmaları, müəllimləri, şagirdlər yığışmışdı.  

Bizim.Media xəbər verir ki, dövlət himninin səslənməsindən sonra onbirincilərin "Məzun günü" başlayıb.  

Məktəbin direktoru Səhman Əliyev müstəqil həyata atılan gənclərə ən xoş arzularını bildirib, onlara uğurlar arzulayıb. Çıxışlarda da məzunlara xoş, uğurlu günlər arzulanıb.  

Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin 5-ci sinif şagirdi Sənan Həmzəzadə onbirincilərə uğurlar arzulayıb. Şagirdlər bir-birindən maraqlı şeirlər səsləndirib, rəqslər ifa ediblər.  

Qeyd edək ki, Palıdlı kənd məktəbi Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü ildə istifadəyə verilib. Ətraf kəndlərdə belə müasir məktəb olmadığından qonşu Kiçik Baraxum, Nağıoba, Hacı Abdrahmanoba, Sibiroba, Dədəli kəndlərindən də şagirdlər bu kəndə təhsil almağa gəlib. Məktəbin direktoru Səhman Əliyev Bizim.Media-ya bildirib ki, Palıdlı kəndində orta məktəb açılandan sonra ətraf kəndlərin uşaqları da məktəbdə təhsil alır. 

O, nümunə kimi məktəbin Sibiroba kəndindən olan builki məzunu Aydan Rzayevanın adını çəkib:  

"Aydan Rzayeva bu il 3 cü qrup üzrə 437 bal toplayıb. Ümid edirik ki, bu il o da məzun olacaq. 2019-cu ildə bu kənddən olan məzunumuz Nazlı Əlimuradova Bakı Qızlar Universitetinin coğrafiya fakültəsinə qəbul olub".  

Palıdlı məktəbinin builki məzunları arasında 2014-cü ilin avqust hadisələrində ağır yaralanmış qazi, Dədəli kənd sakini Sevdiyar Mürseyibovun qızı Nərmin də var. Məktəbin rəhbərliyi səhhətinə görə tribunaya qalxa bilməyən qazi Sevdiyar Mürseyibovla görüşərək ona sağlamlıq və övladına uğurlar arzulayıb.  
Məzunların rəqsinə direktor S.Əliyev və bu sətirlərin müəllifi də qoşulub. Sonda məzunları kövrəldən, onları müstəqil həyata səsləyən son zəng çalınıb.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO