Quru sərhədlər bağlıdırsa, xarici nömrəli maşınlar ölkəyə necə KEÇİR? - FOTOFAKT

Quru sərhədlər bağlıdırsa, xarici nömrəli maşınlar ölkəyə necə KEÇİR? - FOTOFAKT

Hazırda oxunan: Quru sərhədlər bağlıdırsa, xarici nömrəli maşınlar ölkəyə necə KEÇİR? - FOTOFAKT

79164

Son vaxtlar ölkəmizdə xarici qeydiyyat nişanlı avtomobillərə tez-tez rast gəlmək olur. Adətən Rusiya, Ukrayna, Türkiyə və daha çox Gürcüstana aid nömrələrlə idarə edilən avtomobillər paytaxt küçələrində üstünlük təşkil edir.

Xatırladaq ki, Azərbaycan pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayından quru sərhədlərini bağlayıb. Səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə həyata keçirilir.

Maraqlıdır, quru sərhədlər bağlı olduğu halda xarici qeydiyyat nişanlı avtomobillər şəhəri necə bürüyüb? Onlar ölkəyə necə buraxılır?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov sorğumuzu belə cavablandırıb:

“Gürcüstana aid nömrələrlə idarə edilən avtomobillər əsasən Gürcüstanda yaşayan azərbaycanlılardır. Hansı ki, onlar pandemiyadan öncə ölkəyə daxil olub, sərhədlər bağlanıb, sonradan geri qayıtmaları mümkün olmayıb. Pandemiya dövründə burada qalan avtomobillər var ki, hələ də ölkələrinə qayıda bilmirlər.. Bundan əlavə Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi ilə ölkəyə giriş edən əcnəbi qeydiyyatlı avtomobillər də olur. Yəni onlar istisna hallarda aidiyyəti qurumdan rəsmi icazə alır və sərhəd keçid məntəqələrindən buraxılırlar”.

Alçina Amilqızı, Bizim.Media  







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO