Bakıda film kimi OLAY: Mopedi oğurlayıb RƏNGLƏDİLƏR - Anbaan VİDEO

Bakıda film kimi OLAY: Mopedi oğurlayıb RƏNGLƏDİLƏR - Anbaan VİDEO

Hazırda oxunan: Bakıda film kimi OLAY: Mopedi oğurlayıb RƏNGLƏDİLƏR - Anbaan VİDEO

79081

Bakının Nəsimi rayon sakini Çinarə Məhəmmədliyə məxsus 3800 manat dəyərində “Yamaha” markalı moped oğurlanıb. 

Bu barədə Bizim.Media-ya nəqliyyat vasitəsinin sahibi məlumat verib.

O qeyd edib ki, iyunun 4-ü, 20:41 radələrində çalışdığı Nəsimi rayonu, A.Mustafayev 1 K ünvanında yerləşən “Kitabçı” mağazasının arxasındakı parkinqdə saxladığı moped naməlum şəxs tərəfindən oğurlanıb.

Mopedin oğurlanmasını bir gün sonra bilən sahibi oğrunun müşahidə kameralarına düşən görüntülərini izləyib.  

“Bu barədə "102" xidmətinə məlumat verdim.  Daha sonra əraziyə Nəsimi rayon 19-cu Polis Bölməsinin əməkdaşları yaxınlaşdı. Bölməyə gedib izahat yazdım və görüntüləri təqdim etdim. 3 gün sonra isə Daxili İşlər Nazirliyinə müraciət etdim. Mənə bildirildi ki, ayın 14-nə kimi səbirli olum və gözləyim. Bu günə qədər isə heç bir məlumat yoxdur. Halbuki mən özüm oğurlanan mopedimi “Neptun” marketin yaxınlığında görmüşdüm. İzinə düşmək isə mümkün olmadı. Həmin şəxs mopedi qara rəngdə rəngləyib və özü sürür. Hətta şəxs “Şamaxinka” deyilən ərazidə avtomobil təmiri yerinə yaxınlaşaraq yağ soruşub.

Adi vətəndaş olaraq bu qədər məlumat toplamağıma və polisə bildirməyimə baxmayaraq, heç bir nəticə əldə edilməyib”, -deyə zərəçəkən vurğulayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, faktla bağlı araşdırma gedir və mopedin tapılması üçün tədbirlər görülür. 

Məsələni diqqətdə saxlayacağıq.

Alçina Amilqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO